Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Şambul kəndində keçirilib

17 mart 2023 | 14:30

Növbəti səyyar qəbul Şambul kəndində keçirilib.

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev martın 17-də Şambul kəndinin İsaxlıgirmə yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev kənd sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan danışıb. Balakən rayonunda görülmüş işlərdən söz açıb, qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Zaur Ömərov yaşayış məntəqəsində 1,7 km uzunluğunda yolun asfaltlaşdırılmasına, Ruhiyyə Ağcayeva internet xəttinin çəkilməsinə, Əziz Saramanov içməli su probleminin həlli məqsədilə yeni artezian quyusunun qazılmasına, Əli İbrahimov elektrik dayaqlarının yenisi ilə əvəz olunmasına və digər məsələlərə köməklik göstərilməsini xahiş ediblər.

Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər