Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Sarıbulaq kəndində keçirilib

20 aprel 2023 | 17:05

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev aprelin 20-də Sarıbulaq kəndinin Cederovtala yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərdən, son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən  bəhs edib. Müqəddəs Ramazan bayramı münasibətilə sakinləri təbrik edən İslam Rzayev onlara səmimi təbriklərini çatdırıb.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.

Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər