Şriftin ölçüsü :

Saytın rəngi :

"Nurlu ömrün salnaməsi"adlı tədbir keçirilib

26 aprel 2023 | 17:59

  Aprelin 25-də rayon Mərkəzi Kitabxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunan "Nurlu ömrün salnaməsi"adlı tədbir keçirilib. 

  Balakən Rayon İcra Hakimiyyəti və Mərkəzi Kitabxana Sisteminin  birgə təşkilatçılığı ilə keçirilən tədbirdə MKS-nın  əməkdaşları, fəal oxucular və ictimaiyyət nümayəndələri iştirak ediblər.

  Tədbiri giriş sözü ilə açan rayon MKS-nın əməkdaşı Mehriban Cuxova qeyd edib ki,  görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olmuşdur. Bu gün  Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüzün önündə  əsl Azərbaycan qadını obrazı  canlanır.

  RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva çıxışında bildirib ki, 2023-cü il Azərbaycanda iki unudulmaz insanın - müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim və həkim Zərifə Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır. Sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur.  Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur.   

  Daha sonra tədbirdə çıxış edənlər vurğulayıblar ki,  Zərifə xanımın obrazını canlandırarkən onun sadəqətli olması mütləq ön sırada gəlmişdir. O, Əziz Əliyevin ocağında qazandığı sədaqət andını Heydər Əliyev kimi görkəmli dövlət xadiminin sədaqətli yoldaşı olmaqla, bütün dünyanın gözü qarşısında isbat etmişdir. Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilir.

  Tədbirin sonunda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın əziz xatirəsinə həsr edilmiş  videoçarx nümayiş olunub.    

Keçidlər