Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 17-də Balakəndə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib.

18 oktyabr 2024 | 11:03
Oktyabrın 17-də Balakəndə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Keçirilən aksiyada Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Aksiya çərçivəsində Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Katex, Gərəkli, Qullar kəndlərindən keçən hissələrində 780 ədəd həmişəyaşıl şam ağacı əkilib. Aksiya zamanı əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində  payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 9000 ədəd həmişəyaşıl şam ağacının  əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi  nəzərdə tutulur.
 
Keçidlər