Şriftin ölçüsü :

Saytın rəngi :

Plastik tullantılar: ekoloji tarazlığın qənimi

12 may 2022 | 17:27

   Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 may 2022-ci il tarixdə Balakən rayon Gənclərin Karyera və İnkişaf Mərkəzində “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

   Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, həmin şöbənin baş məsləhətçisi Aynur Omarova, Gənclərin Karyera və İnkişaf Mərkəzinin və Heydər Əliyev Mərkəzinin əməkdaşları, 7 saylı Reginonal Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun baş məsləhətçiləri Talihə Muradova və Dilşad Camalova, rayon gəncləri və könüllülər iştirak edib.

   Balakən RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında məlumatlılığın artırılması istiqamətində maarifləndirici təqdimat keçirib. Təqdimat zamanı iştirakçılara plastik tullantıların çirkləndirmə meyarı və təkrar emalı, statistikası, pandemiya mənzərəsi, plastikin istifadə edildiyi sahələr, plastiklərin növləri, utilizasiya, plastik tullantı və alternativ mübarizə üsulları barədə məlumat verilib.

   Həmçinin Prezident İlham Əliyev tərəfindən 2019-cu il fevralın 7-də  “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamı barədə, Tədbirlər Planının hazırlanması məqsədilə ölkəmizdə bu sahə üzrə mövcud vəziyyət araşdırılması, habelə beynəlxalq təcrübəyə əsaslanaraq plastik qablaşdırma tullantılarının toplanması, daşınması, utilizasiyası və təkrar emalı zənciri boyu yüksək səmərəlilik və keyfiyyət səviyyələri, tənzimləyici mexanizmlər, istifadə olunan idarəetmə prinsipləri və digər istiqamətlər üzrə təhlillərin aparıldığı barədə, ölkədə bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün dünyanın qabaqcıl ölkələrinin analoji təcrübələrindən istifadə edilərək strateji məqsədlər müəyyənləşdirildiyi, Tədbirlər Planının 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə etməsi barədə məlumat verilib.

   Digər çıxışlarda ölkəmizdə plastik tullantılarından istifadənin azadılmasına dair görülən tədbirlər və Azərbaycanda plastik tullantıların səmərəli idarə olunması istiqamətində həyata keçirilən işlərdən bəhs olunub. 

   Daha sonra “Planetə sahib çıx” maarifləndirici videoçarx nümayiş etdirilib. Sonda şagirdlərlə mövzu ətrafında müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər