Şriftin ölçüsü :

Saytın rəngi :

Poştbinə kəndində səyyar qəbul keçirilib

10 mart 2023 | 16:08

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev martın 9-da Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində  səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan bəhs edib.  Balakən rayonunda görülmüş işlərdən söz açıb, qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Maxsud Taralov magistral  yoldan  “Taral  oba “ adlanan  əraziyə  qədər  olan  hissəsinin qum-çınqıl  tökülərək    qreyderlə  hamarlanmasına, Nadir Taralov mövcud elektrik  transformatorunun  gücünün  artırılmasına, Bəsti Cəlilova Mazımçayın sahilində yerləşən fərdi yaşayış evinin  həyətyanı  sahəsinə  gedən  yolun üstündə piyada körpüsünün salınmasına, Firəngiz Zaranova  kəndə internet   xəttinin  çəkilməsinə, Səriyyə Nastakalova kənd istiqamətində işləyən marşurut avtobuslarının hərəkət tezliyinin artırılmasına, Hicran Umrayeva isə heyvandarlıqla məşğul olmaq üçün örüş yeri ilə təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər.

Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər