Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi Balakəndə silsilə tədbirlərlə qeyd olunub

13 oktyabr 2023 | 15:21

Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının birgə təşkilatçılığı ilə "Xəmsə" intellektual oyunu, şahmat turniri və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, partiya fəalları iştirak ediblər. Aksiyada həmişəyaşıl şam ağacları əkilib və əkilən ağaclara qulluq edilib.

Keçidlər