Püştətala kəndində növbəti səyyar qəbul keçirilib
12 oktyabr 2023 | 15:27
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev oktyabrın 12-də Püştətala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Hacıməd Ovçiyev Qamıştala yaşayış məntəqəsində artezian quyusunun qazılmasına, Fərhad Gondolov Qaravəli kənd tam orta məktəbinin qarşısındakı yolda sürət nişanlarının qoyulmasına, Nəcibə Həsənova qəzalı vəziyyətdə olan elektrik dayaqlarının və naqillərinin dəyişdirilməsinə, Abakar Laçınov Qamıştala yaşayış məntəqəsində yararlı torpaq sahələrinin qorunması üçün ərazidən keçən Katex çayının öz hövzəsinə salınmasına, Arif Balamedov isə Qadaşbinə yaşayış məntəqəsində su ötürücü arxların təmizlənməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.