Şriftin ölçüsü :

Saytın rəngi :

Qasbinə kəndində səyyar qəbul keçirilib

02 mart 2023 | 14:11

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev martın 2-də Mahamalar kəndi Qasbinə yaşayış məntəqəsində  səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan bəhs edib.  Balakən rayonunda görülmüş işlərdən söz açıb, qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Eldəniz Piriyev Qasbinə yaşayış məntəqəsinin Bakı küçəsində yerləşən məscidə gələn elektrik  xətlərinin təmir olunmasına, Fərman Hüseynov yaşayış məntəqəsinin “Stadion ətrafı” adlı ərazisinin kol-kosdan təmizlənməsinə, Şahin Pirxiyev “Bakı” və “Zəlimxan Yaqub” küçələrində yağıntı zamanı sel sularının qarşısının alınmasına, Sədrəddin Kaltayev kənd daxili yolların təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər.

Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər