Şriftin ölçüsü :

Saytın rəngi :

Qaysa kəndində növbəti səyyar görüş keçirilib

18 avqust 2022 | 12:00

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 18 avqust 2022-ci il tarixdə Qaysa  kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

  Səyyar görüşdə çıxış edən İslam Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi nailiyyətlərdən və bu istiqamətlərdə həyata keçirilən işlərdən bəhs edib

   Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri “Təzə kənd oba” adlanan ərazidə elektrik transformatorunun təmir olunmasına, 200 metr uzunluğunda  “Qəbirstanlıq” yolunun asfaltlaşdırılmasına,  “Əsdiyevlər obası”nda içməli su probleminin həlli üçün artezian quyusunun qazılmasına və telefonlaşmamış ərazilərə rabitə xətlərinin çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər.

   Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.

Keçidlər