Şriftin ölçüsü :

Saytın rəngi :

Qazma kəndində səyyar qəbul keçirilib

09 avqust 2024 | 11:54
  Avqustun 8-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Qazma kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurlardan bəhs edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Vaqif Bürcəliyev Balakən çayın Qazma kəndindən keçən hissəsində 1.5 km uzunluğunda kanalın təmizlənməsinə,  Elvin Əliyev həyətyanı sahəsindən keçən yüksək gərginlikli elektrik xətlərinin yol kənarına köçürülməsinə, Rəşid  Musayev isə kəndin “Qoz tala” adlanan ərazisindəki elektrik transformatorundan qidalanan xəttin bir hissəsinin kabelləşdirilməsinə (sip) köməklik göstərilməsini xahiş edib.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər