Şriftin ölçüsü :

Saytın rəngi :

“Qida məhsullarının konservləşdirilməsi və saxlanılması zamanı gigiyena norma və qaydalarına əməl olunması” mövzusunda tədbir keçirilib

15 aprel 2024 | 17:51
  Aprelin 15-də Balakən Rayon İcra Hakimiyyətinin və Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin təşkilatçılığı ilə “Qida məhsullarının konservləşdirilməsi və saxlanılması zamanı gigiyena norma və qaydalarına əməl olunması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndinin (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması) icrası məqsədilə baş tutub.
  Tədbirdə rayonda fəaliyyət göstərən “Novruz”, “Asil” və “Lalələr” qida kooperativləri, “ABAD”çılar, “Balacans” MMC-nin nümayəndələri, eyni zamanda konservləşdirilmiş məhsul istehsalı ilə məşğul olan digər hüquqi və fiziki şəxslər iştirak edib.
  Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Gülər Səfərli qida məhsullarının konservləşdirilməsi və saxlanılmasına dair tələblər, Mərkəzi Rayon Xəstəxanasının həkimi Humay Hüseynova isə düzgün konservləşdirilməmiş qidaların törətdiyi fəsadlar, yaranan xəstəliklər və onların müalicəsi barədə iştirakçılara ətraflı məlumat verib.
  Sonda iştirakçıların sualları cavablandırılıb.
Keçidlər