Rayon icra hakimiyyətinin başçısı Balakən şəhər sakinləri ilə görüşüb
19 mart 2024 | 12:13
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev martın 19-da Balakən şəhərində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək sakinləri xalqımızın milli bayramı olan Novruzun gəlişi münasibəti ilə təbrik edib, 14-16 mart tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumu haqqında məlumat verib.
Sonra şəhər sakinlərinin müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.