Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı Balakən şəhərində sakinlərlə görüşüb

24 iyul 2024 | 15:11
  İyulun 23-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Balakən şəhərində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurlardan bəhs edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Prezident İlham Əliyevin İngiltərədə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında, həmçinin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışından bəzi məqamları görüş iştirakçılarının diqqətinə çatdırıb.
  Sonra şəhər sakinlərinin müraciətlərinə baxılıb. Xəqani Həsənov Yusif Məmmədəliyev küçəsində yağış sularının həyətlərə dolmasının qarşısını almaq məqsədilə kanal qazılmasına, Rasim Hüseynov Nəriman Nərimanov küçəsinin, Asif Osmanov isə Füzuli küçəsinin müasir şəkildə işıqlandırılmasına,  Sarvan Şibliyev M.Müşfiq küçəsi 5A ünvanda yerləşən 16 mənzilli binanın fasad divarının təmir edilməsinə  köməklik göstərilməsini xahiş ediblər.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 
Keçidlər