Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev dekabrın 26-da Tülü kəndində  növbəti səyyar qəbul keçirib

26 dekabr 2023 | 15:26
  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev dekabrın 26-da Tülü kəndində  növbəti səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Zaman  Akqubayev kəndin “Akqubeylər oba”   adlanan ərazisində  2200 metr  uzunluqdakı  yolun təmir olunmasına, Fərman Dibirov elektrik dayaqlarının yenisi ilə əvəz olunmasına, Tülü və Qullar kəndlərinin sərhədindəki yolun məişət tullantılarından təmizlənilməsinə, Samrat Sabirova kəndin “Təzə kənd “ adlanan ərazisinə qaz xəttinin çəkilməsinə, Elmira Nəbiyeva kəndin ərazisindəki toyuq fermasına gedən yolun yaxınlığından keçən kanalın təmizlənilməsinə, Vüsalə Nastakalova isə M.P.Vaqif adına Tülü kənd 1 nömrəli tam orta məktəbin binasının təmir olunmasına köməklik edilməsini xahiş ediblər.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər