Rayon rəhbəri sahibkarlarla görüşdə sahibkarın arzusunu həyata keçirdi.
30 yanvar 2026 | 11:33
Mahamalar kənd sakini Yusifova Səbinə ailəsi ilə birgə həmişəyaşıl bitkiləri yetişdirdiyini lakin, torpaq sahəsinin azlığından və satış yeri üçün ərazi olmadığından fəaliyyətini genişləndirə bilmədiyini bildirmişdir. Dərhal Səbinə Yusifovaya Katex kəndində 1,30 ha torpaq sahəsi təklif olunmaqla, həmin əraziyə yaxın ərazidə satış üçün yer də təşkil olunmuşdur.
Ailə bizneslərinə yaradılmış şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse - prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişlər.






