Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam həyat tərzi və davranış risk amilləri” adlı tədbirlər keçirilmişdir

10 iyun 2023 | 11:39

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Hənifə kənd və Şərif kənd tam orta məktəblərində  “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası istiqamətində “Sağlam həyat tərzi və davranış risk amilləri” adlı tədbirlər keçirilmişdir. Tədbirlərdə Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşları, Gənclər və İdman İdarəsinin əməkdaşları, ölkəmizi beynəlxalq arenalarda təmsil etmiş idmançılar tərəfindən sağlamlıq, fiziki aktivlik, düzgün qidalanma, sağlam yuxu, fiziki və psixi cəhətdən sağlam insan olmağın əlamətləri, insan beyni, vərdişlər, sağlamlığımıza qayğı və diqqət barədə tədbir iştirakçılarına geniş məlumatlar verilmiş, videoçarxlar və prezentasiyalar nümayiş etdirilmişdir. Həmçinin, sağlam həyat tərzinə təsir edən risk amilləri barədə müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər