Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam və rasional qidalanma” mövzusunda tədbir keçirilib

14 dekabr 2022 | 16:42

   Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4-cü  bəndində sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması nəzərdə tutulub. Həmin bəndin icrası  məqsədilə 14 dekabr 2022-ci il  tarixdə Balakən Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin və Mərkəzi Rayon Xəstəxanasının təşkilatçılığı, fermerlər və qida məhsulları istehsalçılarının iştirakı ilə “Rasional  qidalanma sağlam həyat tərzinin vacib komponentidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

   Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən tədbirdə çıxış edən Mərkəzi Rayon Xəstəxanasının həkimləri  Məhəmməd Əhmədov  və Laləzar Kazımova iştirakçılara balanslaşdırılmış qidalanmanın şərtləri, yeniyetmələrin sağlam qidalanmasının vacibliyi, fizioloji proseslərin düzgün gedişində,  müxtəlif patoloji amillərə qarşı orqanizmin müqavimətinin formalaşmasında rolu barəsində ətraflı məlumat veriblər. Tədbirdə düzgün olmayan qida rasionunun törətdiyi fəsadlar, yol açdığı  xəstəliklər, eyni zamanda, sağlam qidalanmanın insan bədəninə müsbət təsirləri barədə ətraflı bəhs edilib.

   Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər