Şriftin ölçüsü :

Saytın rəngi :

Şambul kənd sakinlərinin müraciətləri dinlənilib

27 noyabr 2024 | 12:09

   Noyabrın 26-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Şambul kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəli paylaşımındakı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurları qeyd edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.

   Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Məlahət Musalova kəndin “Samux oba” adlanan ərazisində artezian quyusunun qazılmasına, Ömər Zurnayev poçt şöbəsinin fəaliyyətinin bərpa olunmasına, Hacıyov Çixinov isə Mazımçayın daşaraq kənd qəbirstanlığını yumasının qarşısının alınmasına köməklik göstərilməsini xahiş ediblər.

   Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

   Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər