Sarıbulaq kəndində səyyar qəbul keçirilib
25 aprel 2024 | 17:57
Aprelin 25-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Sarıbulaq kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına səfəri, müzakirə edilən məsələlər və iki dövlət arasında inkişaf etməkdə olan hərtərəfli əlaqələr haqqında məlumat verib. Həmçinin 30 ölkədən 64 beyin mərkəzinin nümayəndələrinin iştirakı ilə ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda cənab İlham Əliyevin verdiyi mesajları diqqətə çatdırıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.