Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər bizim qürur yerimizdir

26 sentyabr 2022 | 17:47

   Sentyabrın 26-da rayon Heydər Əliyev Mərkəzində Balakən Rayon İcra Hakimiyyəti,  Heydər Əliyev Mərkəzi, Balakən rayon Təhsil Sektoru və Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr olunan “Şəhidlər bizim qürur yerimizdir” adlı tədbir keçirilib. Tədbirdə rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi, gənclər və yeniyetmələr iştirak edib.

   Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Tədbiri  giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr  tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-sinin ölkəmizdə Anım Günü kimi qeyd edildiyini bildirib. Vurğulanıb ki, ölkəmizdə Anım Gününün təsis edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

   Balakən RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva və rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova da öz çıxışlarında bildiriblər ki, Azərbaycan xalqına şanlı qələbəni gətirən Azərbaycan ordusunun mərd oğulları və sadəcə səngərdə, cəbhədə yox diplomatiya masasında, informasiya müstəvisində mübarizə aparan Ali Baş Komandan olmuşdur. 

   Daha sonra ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında şeir kompozisiyası nümayiş olunub, Balakən şəhər Uşaq İncəsəsənət məktəbinin xor kollektivinin ifasında vətənpərvərlik haqqında   mahnılar səsləndirilib.

   Gənc rəssam Günel Qarayevanın Balakən rayon şəhidlərinə həsr olunan sərgisinə baxış keçirilib.

Keçidlər