Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin əziz xatirəsi Balakəndə ehtiramla anılıb

27 sentyabr 2026 | 11:00
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Balakən rayonunda Anım Günü qeyd edilib. Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının sədri Azad Balayev, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, eyni zamanda, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında Vətən övladlarının əziz xatirəsini yad ediblər.
Şəhidlərimizin məzarlarına gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Saat 12:00-da şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan olunub. Avtomobillərdən siqnallar verilib.
Daha sonra Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Katex kəndindən keçən hissəsində, eyni zamanda rayonun digər ərazilərində ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, ətrafı mühafizə olunub.
Keçidlər