Şriftin ölçüsü :

Saytın rəngi :

Şərif kəndində səyyar görüş keçirilib

02 iyun 2022 | 14:59

    Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 02 iyun 2022-ci il tarixdə Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

  Səyyar görüşdə çıxış edən İslam Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi nailiyyətlərdən və bu istiamətlərdə həyata keçirilən işlərdən bəhs edib.

   Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri İnterçayı üzərində tikilmiş su qurğusunun ətrafının sel nəticəsində yuyulmasının və  həmin ərazinin yaxınlığındakı yolun bir hissəsinin sel aparmasının qarşısının alınmasına, əkin sahələrinin suvarılması üçün çəkilmiş 7 km uzunluğunda su kanalında suburaxıcı qapıların sayının artırılmasına, 400 metr uzunluğunda kənd yolunun qum çınqıl daşınaraq hamarlamasına, bitkilərin böyüməsini tənzimləyən və məhsuldarlığın artımı üçün lazım olan karbamid gübrəsinin kənd  ərazisində səyyar satışının həyata keçirilməsinə, kəndin “Bağman bulaq” adlanan ərazidə aşağı gərginlikli elektrik xətlərin dəyişdirilməsi və 1 ədəd transformatorun qoyulmasına  köməklik göstərilməsini xahiş ediblər.

    İcra başçısı sosial məsələlərlə bağlı vətəndaşlar tərəfindən qaldırılan müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Keçidlər