Talalar kənd sakinlərinin müraciətləri dinlənilib
Dekabrın 12-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Talalar kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bütün həyatını və fəaliyyətini xalqının xoşbəxtliyinə həsr etmiş, müasir Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edib, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıb. Ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurları qeyd edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.