Şriftin ölçüsü :

Saytın rəngi :

Talalar kəndində növbəti səyyar qəbul keçirilib

17 avqust 2023 | 11:44
  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev avqustun 17-də Talalar kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Telman Poladov fərdi yaşayış evinin arxasından keçən çay yatağının təmizlənməsinə, Könül Məmmədova internet və telefon xidmətlərinin göstərilməsi üçün qurulan daxili xətt şəbəkəsinin yaşadığı ərazi üzrə tam əhatə olunmasına, İslambəy Şahverdiyev “Çimənlik” adlanan ərazidə 1 km uzunluqda yola qum, çınqıl tökülərək qreyderlə hamarlanmasına, Osman Əzizov isə özünəməxsus fərdi yaşayış evinin sığortalanmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər