Şriftin ölçüsü :

Saytın rəngi :

Talalar kəndində səyyar qəbul keçirilib

17 fevral 2023 | 10:06

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev fevralın 16-da Talalar kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək qardaş Türkiyə Respublikasının ərazisində baş verən, çoxsaylı insan tələfatı və dağıntılara səbəb olan güclü zəlzələnin nəticələrinin aradan qaldırımasına dövlətimizin göstərdiyi dəstək tədbirlərindən danışıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan bəhs edib.  Balakən rayonunda görülmüş işlərdən söz açıb, qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. İslambəy Şahverdiyev kəndin “Çimənlik” adlanan ərazisində olan körpünün bərpa və təmir olunmasına, Talalar kənd 1 saylı tam orta məktəbin qarşısındakı yola-“Şəhid bulağı”nın arxa hissəsindəki əraziyə  asfalt çəkilməsinə, Tərəkəməyev Azər “Tuğay çöl“ adlanan ərazidə 2000 metr uzunluğunda suvarma kanalının təmizlənməsinə, Rüstəm Hacıyev “Çay bağı”  adlanan  ərazidə  qəzalı elektrik dayaqlarının yeniləri  ilə  əvəz olunmasına, Gülavər Dibirova Hetovlar tibb məntəqəsi üçün binanın tikilməsinə, Məlahət Qarayeva, Bəsti İsmayılova işlə təmin olunmasına, Həmid Şindiyev isə maddi yardım verilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər