Tülü kəndində səyyar qəbul keçirilib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev iyunun 8-də Tülü kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Qüdrət Mehdiyev kənd qəbirstanlığının ətrafındakı yolun işıqlandırılmasına, Elnarə Qarakişiyeva Aeroportun aşağı hissəsindəki yolun təmir olunmasına, Xəlil Yetərov “Qıraqoba” adlanan ərazidə yolun kənarlarındakı kanalların təmizlənməsinə, İlqar Qurbanov Balakən şəhərinin Daanov küçəsi ilə sərhəddə olan yolun asfaltlanmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.