Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilib

12 noyabr 2025 | 18:13
  Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında 12 Noyabr - Konstitusiya Günü ilə əlaqədar “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilib.
  Konfransda rayon icra hakimiyyəti aparatının əməkdaşları, hüquq mühafizə oqranlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayev Azərbaycan Konstitusiyasının yaranma tarixindən, onun dövlətimizin inkişafındakı rolundan və ölkəmizin əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib. Xalqın tələbi ilə Ulu Öndərin yenidən hakimiyyətə gəlişindən sonra müstəqil dövlətimizin əsas qanununun qəbul olunmasındaki xidmətlərini diqqətə çatdırıb.
Daha sonra məruzə ilə çıxış edən RİH-nin Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra onun konstitusiyasının qəbulu, burada müstəqilliyimizi təsbit edəcək maddələrin salınması və inkişaf yolumuzun müəyyənləşdirilməsi ən ümdə duran məsələlərdən biri olub. Müstəqilliyimizin ilk illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanıb. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti sayəsində işğala son qoyularaq, ərazi bütövlüyümüz təmin edildikdən sonra respublikamızın bütün bölgələrində Konstitusiya quruluşu bərpa edilib.
  Digər çıxış edənlər-rayon prokurorunun böyük köməkçisi, 2-ci dərəcəli hüquqşünas İzzət Axundov,  rayon təhsil sektorunun əməkdaşı Sevinc İbadova bu gün bütöv və suveren ölkəmizin hər bir bölgəsində Konstitusiya quruluşunun tam təmin olunduğundan, cəmiyyətimizin inkişafında, hüquq və azadlıqların qorunmasında əsas qanun olaraq rolundan geniş söhbət açıblar.
 
 
Keçidlər