Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İmam Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

07 oktyabr 2026 | 11:00
Bu gün 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Əliyev İmam Səfər oğlunun əziz xatirəsi məzarı başında ehtiramla yad edilib.
Anım mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, dövlət qurumlarının nümayəndələri, şəhid valideynləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhid İmam Əliyevin ruhuna dualar oxunub, onun vətənpərvərliyindən və döyüşlərdə göstərdiyi şücaətdən bəhs olunub. Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyi vurğulanıb.
Şəhidlərin valideynləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, İmam Əliyev 16 iyul 1998-ci ildə Balakən rayonunun İtitala kəndində anadan olub. 2004-2015-ci illərdə A.Balayev adına İtitala kənd tam orta məktəbində təhsil alıb.
İmam Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Suqovuşanın və Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 7 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. İmam Əliyev İtitala kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə İmam Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər