Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Ömər Qurdayevin əziz xatirəsi ehtiramla yad edilib

27 sentyabr 2026 | 15:00
Bu gün 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Qurdayev Ömər Şəhmir oğlunun əziz xatirəsi məzarı başında yad edilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, dövlət qurumlarının nümayəndələri, şəhid valideynləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhid Ömər Qurdayevin ruhuna dualar oxunub, onun vətənpərvərliyindən və şücaətindən danışılıb. Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu bildirilib.
Qeyd edək ki, Ömər Qurdayev 13 iyul 2002-ci ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olub. 2008-2019-cu illərdə M.Hudulov adına Meşəşambul kənd tam orta məktəbində təhsil alıb.
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ömər Qurdayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Meşəşambul kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Ömər Qurdayev "Füzulinin azad olunmasına ol görə","Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin.
Keçidlər