Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Xaqani Nəsibovun əziz xatirəsi ehtiramla yad edilib

16 oktyabr 2026 | 11:00
Bu gün 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Nəsibov Xaqani Aydın oğlunun əziz xatirəsi məzarı başında ehtiramla yad edilib.
Anım mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, dövlət qurumlarının nümayəndələri, şəhid valideynləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhid Xaqani Nəsibovun ruhuna dualar oxunub, onun vətənpərvərliyindən və döyüşlərdə göstərdiyi şücaətdən bəhs olunub. Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyi vurğulanıb.
Şəhidlərin valideynləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Xaqani Nəsibov 1 may 1991-ci ildə Balakən rayonunun Kortala kəndində anadan olub. 1997-2008-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb.
Xaqani Nəsibov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Ağdərə rayonunun və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 16 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Xaqani Nəsibov Kortala kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Xaqani Nəsibov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Həmçinin Xaqani Nəsibovun qardaşı Ədalət Nəsibov da Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak edərkən 30 mart 1993-cü ildə itkin düşmüş, Balakən Rayon Məhkəməsinin 2000-ci il tarixli müvafiq Qərarı ilə itkin düşdüyünə görə ölmüş elan edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər