Şriftin ölçüsü :

Saytın rəngi :

"Village Boys" komandası Dünya Robot Olimpiadasında yüksək uğur əldə edib

17 noyabr 2023 | 17:09
Azərbaycan milli komandası Panamada keçirilən Dünya Robot Olimpiadasında iştirak edib.  Dünyanın ən güclü robot komandalarının iştirak etdiyi texnoloji yarışmada Balakən və Zaqatala rayonundan olan məktəblilərdən ibarət komandamız inanılmaz uğura imza atıb.
Muradlı Nihat Nicat oğlu, Hacıyev Hacı Abakar oğlu və Əlibəyov Əlibali Ruslan oğlundan ibarət "Village Boys" komandası "Future İnnovators -Junior" kateqoriyası üzrə Dünya Robot Olimpiadasında ilk dəfə olaraq 2-ci yerə layiq görülüb. İlk dəfədir ki, Azərbaycan komandası dünya miqyaslı bu cür texnoloji yarışmada gümüş medal qazanıb.
Qeyd edək ki, bu olimpiadanın əsas missiyası dünyada robotexnika və STEAM -əsaslı təhsilin inkişafına dəstək verməkdir.
Keçidlər