Şriftin ölçüsü :

Saytın rəngi :

Xalatala kəndində səyyar qəbul keçirilib

19 may 2022 | 16:32

    Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 19 may 2022-ci il tarixdə Xalatala  kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
   Səyyar görüşlərdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev son illər ölkəmizdə, o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Balakəndə aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib. Həmçinin İslam Rzayev qeyd edib ki,  Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Bu il Balakən rayonunda 40 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik stansiyasından 885 qutu barama qurdu gətirilərək kümçülərə təhvil verilib.
   Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. İcra başçısı sosial məsələlərlə bağlı vətəndaşlar tərəfindən qaldırılan müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.       

Keçidlər