Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı tarixin ən dəhşətli faciələrindən biridir

27 fevral 2024 | 09:45
  XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi Balakən rayonunda dərin hüznlə anılıb.
  Fevralın 26-da Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının rəhbər şəxslərinin və şəhid ailələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib.
  Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş rəsm sərgisinə baxış keçirilib. Tədbir zamanı Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin əziz xatirələri sükutla yad edilib. Çıxışlarda vurğulanıb ki, ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər bu gün də davam etdirilir. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq Qələbəsi Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı.
  Qeyd edilib ki, Xocalı soyqırımının, eləcə də bütün şəhidlərimizin qisası döyüş meydanında layiqincə alınıb. Bu gün Xocalı azaddır. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən bütün torpaqlarımızda dalğalanır.Xocalılılar azad, təhlükəsiz şəkildə öz yurdlarına, evlərinə dönə bilirlər. Azərbaycan xalqının Zəfəri ilə 30 illik Vətən həsrəti bitib.
Saat 17.00-da rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçidlər