Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycandakı səfiri Balakəndə olub

28 aprel 2023 | 15:29

  Balakən Rayon İcra Hakimiyyətin başçısı İslam Rzayev Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.  İslam Rzayev qonaqları salamlayıb, onları Balakəndə qarşılamaqdan məmnunluq duyduğunu bildirib. İcra başçısı səfirə rayonun tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, elm, təhsil sahəsindəki nailiyyətləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Balakəndə bütün sahələrin, xüsusilə kənd təsərrüfatının, turizmin inkişafı üçün imkanlar mövcuddur. İcra başçısı səfirə rayonda reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verib.

  Səfirə Balakən rayonunda Yaponiya səfirliyi tərəfindən indiyə kimi 5 layihənin həyata keçirildiyi bildirilib. Talalar və Kortala kəndlərində yeni tibb məntəqələri tikilib və  Balakən Məişət tullantıları poliqonu açılıb. Həmçinin Mahamalar və Hənifə kəndlərində artezian quyuları qazılaraq əhalinin istifadəsinə verilib.

  Görüşdə Yaponiya səfirliyi tərəfindən rayonda növbəti içməli su layihənin icrası ilə bağlı razılıq əldə olunub.

  Səfər zamanı “Balxurma” MMC-yə baş çəkən səfir istehsal prosesi ilə tanış olub. İstehsal müəssisəsi ilə yaxından tanış olan diplomata müəssisənin illik istehsal gücü, xammal bazası, ixracı, işçi qüvvəsi haqqında ətraflı məlumat verilib.

  Rayonla yaxından tanış olan səfir Vada Cüniçi ona göstərilən qonaqpərvərlikdən razılığını bildirərək rayon rəhbərliyinə minnətdarlığını bildirib və Balakəndən xoş təəssüratlarla ayrıldığını qeyd edib.

Keçidlər