Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin əməkdaşları erməni təxribatının qarşısını alarkən yaralanmış balakənli hərbiçilərlə görüşüblər

17 sentyabr 2022 | 11:30

   12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Balakən rayonundan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusu yaralanmışdır. Onlardan ikisi - Əliyev Kənan Arif oğlu və Ağcayev Həmid İsa oğlu Balakən şəhər sakini, digərləri Anarəcəbov Ramazan Mahamahacı oğlu Şərif kənd sakini, Həsənov Azər Elman oğlu isə Şambul kənd sakinidir.

   Bugün Balakən Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə rayon icra hakimiyyətinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən yaralanan və Gəncə Şəhər Hərbi hospitalında müalicə alan balakənli hərbiçilərlə görüşmüş, onlara sovqat və ehtiyacları ola biləcək ləvazimatlar çatdırmışdır.

   Son təxribat bir daha onu göstərdi ki, Azərbaycan ordusu hər zaman belə təxribatların qarşısını almağa hazırdır. Bu yolda öz canını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!

Keçidlər