Şriftin ölçüsü :

Saytın rəngi :

"Yaşa, ucal Azərbaycan" adlı tədbir keçirilib

25 noyabr 2022 | 11:01

   Noyabrın 24-də Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Yaşa, ucal Azərbaycan"  adlı tədbir keçirilib.

   Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

   Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib,  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Daha sonra mədəniyyət işçiləri tərəfindən nümayiş etdirilən ədəbi-bədii kompozisiyalar, hərbi vətənpərvərlik mövzusunda mahnılar, rəqs və folklor kollektivlərinin ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

 

Keçidlər