Şriftin ölçüsü :

Saytın rəngi :

Zərərvericilərin kənd təsərrüfatı bitkilərinə vurduğu zərərin qarşısının alınması tədbirləri haqqında təlim keçirilib

02 noyabr 2022 | 17:09

Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyinin 11 oktyabr 2022-ci il tarixli, 30/1-896 nömrəli məktubuna əsasən Qəhvəyi Mərmər taxtabitinin aşkarlanması ilə bağlı Dövlət Aqrar inkişaf mərkəzinin inzibati binasında rayon icra hakimiyyətinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, Balakən regional Bitki Mühafizə və Fumiqasiya mərkəzinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələr və fermerlərin iştirakı ilə geniş tərkibdə tədbir keçirilmişdir.

Təlimdə çıxış edən mütəxəssislər tərəfindən bu zərərvericinin morfoloji, bioloji xüsusiyyətlərindən, yaşayış tərzindən, ziyan verə biləcəyi kənd təsərrüfatı bitkilərindən və yayılma yollarından danışılmışdır. Eyni zamanda tədbir iştirakçılarına bu zərərvericilərin ev şəritində mexaniki yolla məhv edilməsində hansı üsulların effektiv olduğu bildirilmiş və feromon tələlərdən istifadə etməklə zərərvericilərin tutulması prosesi göstərilmişdir.

Bu məqsədlə monitorinqlər aparılır və daha çox yayıldığı ərazilər aşkar olunarsa müvafiq əhalinin maarifləndirmə işləri aparılacaqdır.

Keçidlər