Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

 İslam Vahid oğlu Rzayev - 1965-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olmuşdur. 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlamış, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləmişdir. "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışmış, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləmiş, 18 may 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısıdır. YAP-ın üzvüdür. Evlidir, 3 övladı var.

Keçidlər