Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər

Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında etik davranış məsələləri ilə əlaqədar 2021-ci ildə görülən işlər barədə

Balakən Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”  Azərbaycan Respublikasının Qanununun icra olunması, dövlət orqanlarının, dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması, korrupsiyanın qarşısının alınması və bu qanunla müəyyənləşdirilmiş digər tələblərin yerinə yetirilməsi məsələlərinə daim diqqət yetirilir.
   “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən  rayon icra hakimiyyətinin başçısı tərəfindən tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarət edilir, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülür,  dövlət orqanlarında çalışan dövlət qulluqçularından vəzifə borclarının yerinə yetirilməsinə vicdanla və yüksək məsuliyyət hissi, peşəkarlıqla yanaşılması tələb edilir.
   Balakən Rayon İcra Hakimiyyəti başçısı aparatının etik müvəkkili tərəfindən müvafiq iş planına əsasən etik davranış qaydalarının pozulmasının qarşısının alınması və rayon icra hakimiyyəti başçısı aparatında çalışan dövlət qulluqçularının maarifləndirilməsi məqsədilə 25.02.2021-ci ildə “Dövlət qulluqçusunun xidməti davranışı”, 21.05.2021-ciildə “İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət”,  27.08.2021-ci ildə “Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi”, 26.11.2021-ci ildə “Dövlət qulluqçusunun istifadəsində olan əmlakdan və sərəncamında olan məlumatlardan istifadə etməsi” mövzularında treninqlər koronavirus (COVİD-19) infeksiyası ilə bağlı aparılan profilaktik tədbirlərlə əlaqədar onlayn keçirilmişdir.
   İl ərzində Balakən  Rayon İcra Hakimiyyətinə  rayon icra hakimiyyəti  başçısı aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması barədə şikayət daxil olmamışdır.
   Rayon ərazisində yerləşən  dövlət orqanlarının fəaliyyətlərinə dair materiallar müntəzəm olaraq rayon icra hakimiyyətinin təsisçisi olduğu “Balakən” qəzetində dərc olunur, əhalinin məlumatlandırılması təmin edilir.

Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında etik davranış məsələləri ilə əlaqədar 2020-ci ildə görülən işlər barədə

   Balakən Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”  Azərbaycan Respublikasının Qanununun icra olunması, dövlət orqanlarının, dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması, korrupsiyanın qarşısının alınması və bu qanunla müəyyənləşdirilmiş digər tələblərin yerinə yetirilməsi məsələlərinə daim diqqət yetirilir.
   “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən rayon icra hakimiyyətinin başçısı tərəfindən tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarət edilir, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülür,  dövlət orqanlarında çalışan dövlət qulluqçularından vəzifə borclarının yerinə yetirilməsinə vicdanla və yüksək məsuliyyət hissi, peşəkarlıqla yanaşılması tələb edilir.
   Balakən Rayon İcra Hakimiyyəti başçısı aparatının etik müvəkkili tərəfindən müvafiq iş planına əsasən etik davranış qaydalarının pozulmasının  qarşısının alınması və rayon icra hakimiyyəti başçısı aparatında çalışan dövlət qulluqçularının maarifləndirilməsi məqsədilə 21.02.2020-ci ildə rayon icra hakimiyyətinin iclas zalında rayon icra hakimiyyəti başçısı aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri üçün “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanunu, əhatə dairəsi, qanunun məqsədləri” mövzusunda treninq keçirilmişdir. May ayının 22-də “Peşəkarlıq və fərdi məsuliyyətin artırılması”, avqust ayının 7-də “Qərəzsizlik, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər”, noyabr ayının 13-də “Etik davranış qaydalarının pozulmasına  görə məsuliyyət” mövzularında treninqlər koronavirus (COVİD-19) infeksiyası ilə bağlı aparılan profilaktik tədbirlərlə əlaqədar onlayn keçirilmişdir.

Keçidlər