Şriftin ölçüsü :

Saytın rəngi :

Şərif kəndində yeni park salınıb və müasir işıqlandırma sistemi quraşdırılıb

05 noyabr 2024 | 17:52
 “Yaşıl dünya naminə həmrəylik ili”ndə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlər, yaşıllaşdırma işləri çərçivəsində Balakən rayonunun Şərif kəndində, İnter çayın ətrafında 0,17 ha sahədə kənd sakinləri üçün yeni istirahət parkı salınıb. Parkda həmişəyaşıl şam ağacları əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, təmizlik işləri aparılıb və ziyartəçilərin istirahəti üçün hər cür şərait yaradılıb.
Balakən Rayon İcra Hakimiyyəti tərəfindən kəndlərdə yolların gecə işıqlandırması ilə bağlı irəli sürülən təşəbbüsə Şərif bələdiyyəsi də qoşulub.
Bələdiyyə tərəfindən kəndin mərkəzi küçəsində 6 kilometr məsafədə yolun işıqlandırılmasını təmin edib. Yol kənarında müasir işıqlandırma sisteminin quraşdırılması kənd sakinləri tərəfindən məmnunluqla qarşılanıb.
Keçidlər