Şriftin ölçüsü :

Saytın rəngi :

5 dekabr- Beynəlxalq Könüllülər Günüdür.

07 dekabr 2021 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Balakən Rayon İcra Hakimiyyəti bu vəzifənin icrası üçün “Könüllülük fəaliyyəti haqqında”  Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini yaratmışdır. 06 mart 2019-cu il tarixdən bu günədək 60-a yaxın könüllü gənc rayon icra hakimiyyətinin müxtəlif şöbələrində könüllü kimi çalışmış və sonda onlara sertifikatlar təqdim edilmişdir. Hazırda Balakən Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyəti uğurla davam etdirilir.
    BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib. Azərbaycanda könüllülük hərəkatının inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsindən biri də dekabrın 1-də start verilən və ayın 9-dək davam edəcək “Azərbaycan könüllülük həftəsi”dir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Könüllülük həftəsi” çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında könüllülərin iştirakı ilə ekoloji, sosial və mədəni tədbirlərin, Könüllülərin 2-ci Respublika Həmrəylik Forumunun, onlar üçün xüsusi konsert-əyləncə proqramının, 300-dən çox könüllünün iştirakı ilə Azərbaycan könüllülərinin həmrəylik düşərgəsinin və digər tədbirlərin təşkili nəzərdə tutulub. Balakən rayonunda da Balakən Rayon İcra Hakimiyyətinin və “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə  “Könüllülər Günü”nə həsr olunmuş “Könüllülük həftəsi” proqramı həyata keçirilmiş, proqram çərçivəsində 5 günlük proqram gündəliyi elan olunmuşdur. Gündəlikdə  könüllülər və gənclər incəsənət, İKT, vətənpərvərlik və milli-mənəvi dəyərlərin aşılanması, idmana marağın artırılması, vətəndaşlıq borcunun düzgün dərk edilməsi və asudə vaxtın səmərəli təşkili mövzusunda filmlərə baxmış, idman turnirləri keçirmiş, qazi və şəhid ailələrində olmuş, müxtəlif əyləncəli oyunlarda iştirak etmişlər. Könüllülük fəaliyyətinin inkişafına göstərilən yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri qarşıdakı dövrdə daha böyük uğurların qazanılacağını deməyə ciddi əsas yaradır.                                                                                                                                                                                               

Keçidlər