Şriftin ölçüsü :

Saytın rəngi :

"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirilmişdir

25 iyul 2016 | 16:00

İyulun 22-də Balakən rayonunda aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrinin və 120-ə yaxın istehlakçının iştirakı ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə RİHB-nın müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Əliyeva açaraq, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində rayonda aparılmış işlərdən və tədbirin əhəmiyyətindən danıdı. Sonra  İqtisadiyyat Nazirliyinin  Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin, təbliğat-təşviqat işlərinin əhəmiyyətindən geniş söhbət açdı. O, xidmətin həyata keçirdiyi maarifləndirmə tədbirləri, istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verdi. 

Konfransda xidmətin əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış ediblər. İştirakçılara xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Həmin gün Dövlət Xidməti tərəfindən Balakəndə fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün təlim kursu keçirilib. Kursda iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Keçidlər