Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib

27 iyul 2016 | 16:00

İyulun 27-də Balakən rayonunda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan konfransda hüquq mühafizə orqanlarının nümayəndələri, dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev konfransın əhəmiyyətindən danışaraq ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib. Multikulturalizmin dövlət siyasəti kimi əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Azad Balayev bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Bildirilib ki, hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Balakən rayonunda da milli-mənəvi  dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir, millətlərarası ünsiyyət yüksək səviyyədədir. Ölkəmizdə dini etiqada hörmət hökm sürür və dinlərarası heç bir ziddiyyət yoxdur. Məhz buna görə də Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikultiralizmin hökm sürdüyü ölkəyə çevrilib.
DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin əsasında azərbaycançılıq ideologiyasının dayandığını bildirib. O, ulu öndər Heydər Əliyev tərəfindən praktik olaraq dövlət siyasəti kimi tətbiq edilən azərbaycançılıq ideologiyasının əsasında tolerant və multikultural dəyərlərin də yer aldığını vurğulayıb. Ölkəmizdə müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını deyən Komitə sədri xalqımızın bu ənənələrinin tarixi keçmişimizdən, mental dəyərlərimizdən qaynaqlandığını bildirib. Komitə sədri vurğulayıb ki, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. M.Qurbanlı qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qarşıda duran ən vacib vəzifələrdən biridir.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov qeyd edib ki, əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal fikirli insanların təsiri altına düşməməsi və din xadimlərimizin bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu cür tədbirlərin keçirilməsinə ehtiyac var.

Keçidlər