Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevə sonsuz ehtiram nümunəsi

12 dekabr 2016 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü Balakəndə hörmətlə yad edildi. Əvvəlcə icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların kollektivləri, ümumtəhsil məktəblərinin müəllimləri   Heydər Əliyev adına mədəniyyət və istirahət parkında  Ulu Öndərin  abidəsini  ziyarət  ediblər.  Abidənin  önünə  tər  çiçəklər  düzməklə  Ulu Öndərə hörmət və ehtiram  bildirdilər.
Sonra ulu öndərin vəfatının on üçüncü ildönümü ilə əlaqədar ”Balakən” şadlıq sarayında ehsan süfrəsi açılmış və xatirəsinə dualar oxunmuşdur.
Sonda Balakən rayon Mədəniyyət Mərkəzində İrəvan Dövlət Azərbaycan Dram Teatrının ifasında əməkdar mədəniyyət işçisi, şair-dramaturq, teatrın direktoru İftixar Piriyevin “Qurtuluş dastanı” tarixi dramı əsasında hazırlanmış “Qurtuluş” tamaşası nümayiş olunub.

Keçidlər