Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə "İslam Həmrəyliyinin Azərbaycan nümunəsi” adlı tədbir keçirilib

28 aprel 2017 | 16:00

  27.04.2017-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin və Balakən Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Qazbinə kənd tam orta məktəbdə “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov  bildirib ki, 2017 -ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə mövcud olan davamlı inkişafın və sabitliyin qorunmasının çox uğurlu zəmanətidir: “ Beynəlxalq idman tədbiri -İslam Həmrəyliyi Oyunlarının da bu il Bakıda keçirilməsi bütün İslam dünyasının, eləcə də digər ölkələrin diqqətini Azərbaycana cəlb edəcək. Azərbaycanda mövcud olan məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində İslam həmrəyliyinin dövlətimiz tərəfindən himayə olunması olduqca  uğurlu siyasi addımdır”. Qeyd edib  ki, xalqımızın milli kimliyinin formalaşmasında İslam dininin rolu danılmazdır. Xalqımız İslamın həqiqi mahiyyətini mənimsəyərək öz milli-mənəvi sərvətini daha da zənginləşdirib. Bu gün Azərbaycan dünyada dinlərarası və məzhəblərarası dözümlülüyün, qarşılıqlı hörmətin öz təzahürünü tapdığı nümunəvi dövlətlərdən biridir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev tədbirdə çıxış edərək vurğulayıb ki, qarşılıqlı hörmət, insanpərvərlik, həmrəylik, milli və dini birlik kimi dəyərlər sağlam düşüncəyə, yüksək əxlaqi dəyərlərə malik fərdlərin yaşadığı bir cəmiyyətdə formalaşa bilər. Yuxarıda sadalanan bu yüksək keyfiyyətlər məhz müasir Azərbaycan cəmiyyətini ifadə edir. Bu dəyərləri formalaşdırılmasında böyük mütəfəkkirlərimizin, elm xadimlərimizin rolu vardır. Biz də öz növbəmizdə onların bizə miras qoyduğu maddi və mənəvi dəyərləri dövrümüzün tələblərinə uyğun təkmilləşdirərək, gələcək nəsillərə ötürülməsini təmin etməliyik.
Daha sonra tədbir disskusiya şəklində davam etdirilib.

Keçidlər