Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Uşaq İncəsənət Məktəbinin 50 illik yubileyi qeyd olunub

24 may 2017 | 16:00

Balakən rayon Uşaq İncəsənət Məktəbinin fəaliyyətə başlamasından 50 il ötür. Bu münasibətlə mayın 23-də Balakən rayon Mədəniyyət Mərkəzində yubiley mərasimi keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin, ictimaiyyəti nümayəndələrinin, mədəniyyət IŞÇILƏRI və musiqisevərlərin iştirak etdiyi tədbirdə məktəbin direktoru Arifə Tağıyeva çıxış edərək, ölkəmizdə mədəniyyət və incəsənətin, uşaq yaradıcılığının inkişafına göstərilən diqqət və qayğıdan danışıb, bu illər ərzində məktəbin qazandığı uğurlardan söhbət açıb. Bildirilib ki, 1966-cı ildə tar və kamança ixtisasları üzrə uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayan incəsənət məktəbində hazırda 11 ixtisasda üç yüzdən çox şagird təhsil alır. Məktəb ötən müddət ərzində uşaq və yeniyetmələrin musiqi, xanəndəlik, xoreoqrafiya və rəssamlıq sənətinin ilkin sirlərinə yiyələnməsində, onların estetik zövqünün formalaşmasında, gənc istedadların üzə çıxarılmasında əhəmiyyətli işlər görüb, nailiyyətlər qazanıb.
Yubiley münasibətilə məktəbin bir qrup işçisi fəxri fərmanla mükafatlandırılıb.
Sonra Balakən Uşaq İncəsənət Məktəbinin şagirdləri, həmçinin Şəki musiqi məktəbinin kollektivi tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

Keçidlər