Şriftin ölçüsü :

Saytın rəngi :

“14 iyul 1969-cu il-Yüksəlişin başlandığı illər” mövzusunda seminar –müşavirə keçirilib.

17 iyul 2017 | 16:00

     14 iyul 2017-ci  il tarixdə Balakən rayon İcra Hakimiyyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birinci dəfə respublika rəhbərliyinə gəlişinin 48-ci ildönümünə həsr olunan “14 iyul 1969-cu il-Yüksəlişin başlandığı illər”  mövzusunda seminar –müşavirə  keçirilmişdir.
   Seminar-müşavirəni giriş sözü ilə açan Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişinin milli tariximizə unudulmaz bir gün olaraq yazıldığını qeyd etdi. Heydər Əliyevin yorulmaz, məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi mötəbər tədbirlər Azərbaycanın müstəqilliyi, siyasi-iqtisadi gücü, dünyada tanınması üçün əvəzsiz və təkrarolunmaz təməl oldu. Azərbaycan Ulu Öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində qabaqcıl yerə keçdi. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edirdi. Həmin tarixdən 48 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür.Bu gün Heydər Əliyev ideyasına sadiq qalan, onun dövlətçilik prinsiplərini rəhbər tutan, dünyada azərbaycançılıq ənənələrini zənginləşdirən, ölkəmizin dünyada tanıdılması istiqamətində çox böyük işlərə imza atan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın diqqət mərkəzinə çevrilib.
   Daha sonra seminar-müşavirədə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Şəfəq Hacıyevanın, rayon Ağsaqqallar Şurasının sədri Rəşid Musayevin, YAP Balakən rayon təşkilatının aparat rəhbəri Ömər Osmanovun, RTŞ-nin məsləhətçisi Cavanşir Alqayevin çıxışları dinlənilib.

 

Keçidlər