Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə yeni fındıq bağları salınır.

23 noyabr 2017 | 16:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən biri olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlarının icrası məqsədi ilə Balakən rayonunda yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilir. Payız mövsümünün gəlişi ilə əlaqədar rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində fındıq pöhrələrinin və tinglərin əkininə başlanılıb. Qısa müddətdə 450 hektara yaxın sahədə yeni fındıq bağları salınıb. Ting əkini dekabrın ortalarınadək davam edəcək.

   Hazırda rayonun fındıq bağlarının ümumi sahəsi 8 min hektara yaxındır. Bu bağların 2 min 264 hektarı son iki ildə, o cümlədən 662 hektarı cari ilin yaz aylarında salınıb.

Keçidlər