Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə baramaçılığın gələcək inkişafı üçün tədbirlər görülür.

02 dekabr 2017 | 16:00

   Balakən rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Cari ilin payız mövsümünün əvvəlindən indiyədək (01.12.2017-ci ilədək) rayon ərazisində dövlət,  bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində 51 minə yaxın tut tingi əkilib. Bundan 23 mini Çindən ölkəmizə gətirilən  tut tingləridir ki, hazırda tinglərin əkilməsi davam etdirilir.
   Xatırladaq ki, 2016-cı ildə Balakən rayonu ərazisinə 100 min ədəd tut tingi əkilib. Cari mövsümdə rayonda 11,5 ton yaş barama istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 3,7 dəfə artıb.

Keçidlər